Hikmət Babaoğlu: “Şults ədalətli bəyanat verməlidir" AÇIQLAMA

Hikmət Babaoğlu: “Şults ədalətli bəyanat verməlidir" AÇIQLAMA
"Təəsüflə qeyd etmək lazımdır ki, əsas missiyası ümumbəşəri dəyərləri, beynəlxalq hüququ və dünya nizamını qorumaq olan bir sıra beynəlxalq və regional təşkilatlar hazırda özlərini "beynəlxalq təzyiq qrupları" kimi aparırlar". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Avropa Parlamentinin prezidenti Martin Şultsun Leyla Yunusu müdafiə etməsinin arxasındakı məqamları açıqlayarkən deyib.

Politoloq qeyd edib ki, bu cür təşkilatlar milli dövlətin daxili işlərinə qarışmağı, xalqın siyasi iradəsinin təmsilçisi olan milli hakimiyyəti şantaj etməyi bir nov özlərinə peşə ediblər: "Beləliklə də qlobal dəyərləri və beynəlxalq hüququ gözdən salıblar. Avropa Parlamentin prezidenti Martin Şultsun Leyla və Arif Barsaqyanlarla bağlı verdiyi bəyanat Azərbaycana qarşı qərəzli bəyanatdır və məqsəd milli iradənin təmsilçisi olan hakimiyyətə təzyiq etməklə Azərbaycanın milli maraqlarından güzəştə məcbur etməkdir. Bu isə mümkün deyil. Çünki Azərbaycan xalqı Leyla və Arif Barsaqyanların ermənilərlə, anti-Azərbaycançı mərkəzlərlə ölkəmizə qarşı əməkdaşlıq etdiyini yaxşı bilir. Bu məsələ məhkəmə vasitəsilə də öz təsdiqini tapıb. Martin Şultsu da narahat edən görünür elə budur".

Hikmət Babaoğlu onu da qeyd edib ki, Şults doğrudan da təmsil etdiyi qurumun elan etdiyi prinsiplərə, yəni insan hüquq və azadlıqlarının, demokratiyanın müdafiəçisi olmaq prinsiplərinə sadiq olduğunu isbat etmək istəyirsə, dərhal Azərbaycan məhkəməsinin ədalətli qərar çıxardığını bəyan etməlidir: "Hətta məhkmənin bir qədər humanist olduğunu deməlidir. Çünki Şultsun ölkəsində milli maraqları satan adamları ömürlük həbs edirlər. Azərbaycanın öhdəliklərinə gəldikdə isə biz bu öhdəliklərimizə sadiqik. Yaxşı olar ki, Şults Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT dən Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlarla bağlı öhdəçiliyini yerinə yetirməyi tələb etsin".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə