"Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADRH) yaradılanda demişdilər ki, biz Müsavata qarşı heç bir fəaliyyət göstərməyəcəyik". Bu fikirləri SİA-ya Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli ADRH rəhbərliyinin partiyanın qurultayının nəticələrinin ləğv olunması üçün məhkəməyə müraciət etmələrinə münasibət bildirərkən deyib.
Mustafa Hacıbəyli bildirib ki, ADRH sədri Qubad İbadoğlu öz sözünün üzərində dayanmağı bacara bilmir. O, qarşı tərəfin məqsədli şəkildə onları ittiham etdiyini deyib: "Amma görünür bu məsələdə də Qubad İbadoğlu səmimi olmayıb. Partiyamızın əleyhinə fəaliyyətlərini durdurmurlar. Görünür, bu məqsədli şəkildə, sifarişlə həyata keçirilir".
Müsavat rəsmisi qarşı tərəfin iddialarına əks olaraq deyib ki, partiya demokratik şəraitdə öz qurultayını keçirib və həmin qurultayda müxalifətdə ilk dəfə olaraq bir nəfərin iki dəfədən artıq namizədliyi irəli sürülməyib: "Qubad bəyə xatırlatmaq istərdim ki, hər bir namizədə eyni şərait yaradılmışdı, seçki komissiyası formalaşmışdı ki, onun sədri hətta Qubad İbadoğlu tərəfindən namizədliyi irəli sürülən şəxs idi. Bütün bunlara rəğmən, belə bir addım atmaqla görünür bu insanlar vicdan hissini itiriblər.Ancaq Müsavat əleyhinə nə eləmək mümükündürsə onu etməklə məşğuldurlar".
Partiyaınn Məclis üzvü ADRH-nin onlar barədə məhkəmə iddialarına qarşı cavab addımı atıla biləcəyini də istisna etməyib. ADRH-nin verəcəyi cavabla bağlı qərarı müzakirə edəcəklərini deyən Mustafa Hacıbəylinin fikrincə, Qubad İbadoğlunun təşkilatı ancaq Müsavata qarşı fəaliyyət göstərir və onların tutduqları yol heç də düzgün deyil: "Bu onlara heç vaxt başucalığı gətirməyəcək. Bu günə kimi belə hərəktalar, təşkilatlar Müsavata heç nə edə bilmiyib. ADRH də həmçinin heç nəyə nail ola bilməyəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB