Elşən Musayev: "Allah Azərbaycan xalqını qorusun" AÇIQLAMA

Elşən Musayev: "Allah Azərbaycan xalqını qorusun" AÇIQLAMA

"Hesab edirəm ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəmə prosesi cəmiyyət üçün açıq olmalıdır. Çünki açıq olarsa bu insanlar hər məhkəmə prosesində davamlı olaraq özləri-özlərini ifşa edəcəklər". Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev deyib.

ADMP sədrinin sözlərinə görə, Azərbaycanın istintaq orqanları tərəfindən hər iki şəxsin törətdiyi cinayətlər, ölkəmizə qarşı etdiyi xəyanətlər, başqa dövlətlərin kölə siyasətinin icraçısı olmaları və s. sübuta yetirilib: "Bu şəxslər sadəcə olaraq özlərinin məzlum, günahsız obrazını yaratmağa çalışırlar. Amma cəmiyyətdə bu insanlara qarşı neqativ yanaşma var. Bu gün onları ixtira maşını olan "Azadlıq" qəzetindən başqa heç kim müdafiə etmir və edə də bilməz. Əgər xatırlayırsınızsa, Leyla Yunus mətbuat konfranslarının birində maraqlı ifadə işlədərək dedi ki, "mən Azərbaycan dilində ancaq söyüş söyə bilirəm". L.Yunusun elə bu kəlməsi kifayətdir ki, Azərbaycan dininə, mənsubiyyətinə olan nifrətini açıq bir şəkildə ifadə etmiş olsun. Qeyd etmək istəyirəm ki, Leyla Yunus Azərbaycanın Dağlıq Qarabağda gedən döyüşlərinin ən qızğın vaxtında erməniyə danos verən, erməni informasiyalarını yayan və s. bir obraz idi. Ona görə də mən onun növbəti məhkəməsində çox şey gözləyirəm. Allah Azərbaycan xalqını belə xəyanətkarlardan qorusun".

Bütün xəbərlər Facebook səhifəmizdə