"Dövlətə xəyanət edənlər gec-tez ifşa olunacaqlar" AÇIQLAMA

"Dövlətə xəyanət edənlər gec-tez ifşa olunacaqlar" AÇIQLAMA
"Hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsində yeni Bank maxinasiya faktları da üzə çıxır. Uzun illərdir Leyla Yunus və onun kimilərini himayə edən Avropa və digər dövlətlərin Azərbaycandakı fəaliyyəti ifşa olundu". Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov söyləyib.

Ş.Camalov diqqətə çatdırıb ki, hər gün açılan yeni faktlar, müəyyən olunan cinayət əməlləri Leyla Yunusun timsalında onun kimi hələ də azadlıqda gəzən dövlətə və millətə xəyanət edən insanların mövcud olduğunun sübutudur: "Dövlətə xəyanət edənlər də gec-tez ifşa olunacaqlar. Bu, paralel olaraq onları himayə edənlərin də ifşa olunması deməkdir. Çünki milyonlarla pulun heç bir nəzarət olmadan müəyyən şəxslərə verilməsi, onların kimə və nəyə xərcləməsinə nəzarət edilməməsi nəticədə Leyla Yunusların bu cür cinayət əməlləri törətməsinə səbəb olmuşdur. Təbii ki, paralel olaraq bu onların özlərinin də ifşa olunması deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə