Aydın Quliyev: “Hər kəs öz gücündən istifadə etməyi bacarmalıdır” AÇIQLAMA

Aydın Quliyev: “Hər kəs öz gücündən istifadə etməyi bacarmalıdır” AÇIQLAMA

"Heç şübhəsiz ki, "5-ci kolon" deyəndə xarici qüvvələrin Azərbaycandakı əlaltıları nəzərdə tutulur". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı tərəfindən "5-ci kolon" məsələsinə toxunulması bir daha onu təsdiq edir ki, həmin problem Azərbaycan üçün çox ciddi şəkildə mövcuddur. Hətta müəyyən dairələr bəzi çirkin planlarının həyata keçirilməsində "5-ci kolon" deyilən bir qüvvənin yaradılmasına cəhd göstərirdilər".

A.Quliyev əlavə edib ki, Azərbaycanda aparılan uğurlu işlər nəticəsində istər 5, istərsə də 6-cı kolon olsun hər halda o xarici planlarının keçirilməsinə dəstək ola biləcək qüvvənin ölkəmiz içində formalaşması mümkünsüzdür: "Ona görə də bu problem nə qədər təhlükə kimi mövcud olsa da, onun Azərbaycanda baş tutması ehtimalları demək olar ki, sıfıra bərabərdir. Cənab Prezidentin də nitqində bu fikrin səsləndirilməsi həm təhlükənin ciddi ola biləcəyindən xəbər verir, həm də Azərbaycan cəmiyyətini, medianı bir daha ayıq-sayıq olmağa səsləməkdir ki, belə proseslərin Azərbaycanda formalaşmasına imkan verməmək üçün hər kəs öz gücündən istifadə etməyi bacarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə