“Gənclərin Birlik Günü” FOTOLAR

“Gənclərin Birlik Günü” FOTOLAR

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən "Gənclərin Birlik Günü" adlı 5-ci beynəlxalq gənclər düşərgəsində iştirak edib. SİA-nın məlumatına görə, "Sodrujestvo" beynəlxalq gənclər təşkilatı tərəfindən həyata keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində ARGTMŞ-ın sədr müavini və "Sodrujestvo" təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Ramiz Əliyev, ARGTMŞ-ın mətbuat katibi Xədicə Damadayeva, eləcə də "Sodrujestvo" təşkilatının idarə heyətinin üzvü Xaqani Fərəcov yer alıblar. Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Latviya, Litva, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Estoniya, Türkmənistan, Çin, Ermənistanı təmsil edən 100-dən çox gənc fəallar iştirak edib.

Tədbir çərçivəsində bloqçuluq, sosial şəbəkələrdə informasiya mübarizəsi və informasiya təhlükəsizliyi mövzüsunda təlimlər, master klasslar, seminarlar keçirilib və işçi qruplar təşkil olunub. Düşərgə müddətində həmçinin iştirakçılar tərəfindən gələcəkdə yeni layihələrin həyata keçirilməsi məqsədilə komanda şəklində yeni layihələr səsləndirilib. Tədbir çərçivəsində mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan haqqında ətraflı məlumat verilib və milli mətbəxindən nümunələr nümayiş olunub. Eləcə də "Bakı 2015" 1-ci Avropa Oyunlarının video-çarxı iştirakçıların nəzərinə çatdırılıb.

Xatırladaq ki, "Sodrujestvo" beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb.

2012-ci ildə ARGTMŞ-ın sədri Şahin Seyidzadə "Sodrujestvo" beynəlxalq gənclər təşkilatının idarə heyətinin üzvü və sədr müavini Ramiz Əliyev Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə