Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov başda olmaqla və nazirliyin əməkdaşları peşə bayramları münasibətilə bu gün Fəxri Xiyabanda olublar. SİA-nın xəbərinə görə, diplomatlar xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər Xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB