Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin işçilərinin maaşlarını ABŞ ödəyəcək. Bunu ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payet ilə görüşü zamanı Saakaşvili deyib. SİA-nın məlumatına görə, görüş çərçivəsində ABŞ-lı mütəxəssislərin Odessada yeni yaradılacaq polis təşkilatında təlimlər keçəcəklərinə dair razılıq əldə edildiyi bildirilib. Saakaşvili əlavə olaraq onu da bildirib ki, ABŞ hökuməti Odessada korrupsiya ilə mübarizə çərçivəsində Saakaşvilinin Odessadakı yeni işçi qrupunun aylıq maaşlarını ödəməyə razıdır.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB