"Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasını 140 illiyi ilə bağlı imzaladığı Sərəncamla ölkə mətbuatının inkişafına xüsusi diqqət göstərir". Bunu SİA-ya "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Baş redaktorun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan milli mətbuatının 125 illiyi ilə bağlı verdiyi Sərəncamdan sonra mütəmadi olaraq dövlət başçısı tərəfindən bu kimi Sərəncamlar imzalanır: "Bu kimi Sərəncamların verilməsi onun sübutudur ki, Azərbaycan dövləti ölkəmizdə jurnalistikanın, mətbuatın, söz, fikir azadlığının cəmiyyətdə bərqərar olunmasının inkişafında maraqlıdır. Təbii ki, bu yöndə də aparılan tədbirlər müsbət dəyərləndirilməlidir. Sözügedən Sərəncamın tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan dövləti həmişə ənənələrə söykənir. Ölkə jurnalistikası da hər zaman ənənələrə söykənib. Bu baxımdan Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetinin yubileyi ilə əlaqədar verilən bu Sərəncamlar 140 illik mətbuat dövrümüzü əhatə edir. Təbii ki, mətbuat dövrümüzün də müxtəlif mərhələləri var. Bu mərhələlərdə Azərbaycan jurnalistləri həmişə cəmiyyətin inkişafına çalışıblar və s. Bu gün Azərbaycanda azad söz ordusu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB