Ermənistanda fəaliyyət göstərən və Serj Sarkisyan rejiminə qarşı radikal müxalifətçiliyi ilə seçilən "Parlament Təsisatı" hərəkatı növbəti bəyanat yayaraq, ölkənin bütün vilayət və şəhərlərində yaşayan əhalini paytaxt İrəvanın Baqramyan prospektinə yığışmağa səsləyib.
Bəyanatda bildirilir ki, əgər xalq düıünürsə ki, hakimiyyət sakitləşib və geri çəkilib, bu belə deyil. Sitat: "Bu, sadəcə müvəqqəti xarakter daşıyır. Xüsusilə, gənclərin sayəsində bu gün Ermənistan xalqı insan olduğunu dərk edərək, bir yerə yığışıb. Despot rejimi öz vəhşi naturası ilə gəncləri qorxutmağa çalışdı, lakin daha böyük müqavimətlə qarşılaşaraq, geri çəkildi. Ancaq bu geriçəkilmə yalançı və müvəqqətidir. Rəqib güclərin yeni dislokasiyası, həmçinin bizim mövqelərimizin zəifləməsi üçün hücum anını gözləyir".
Müxalifət qurumu Sarkisyan rejimini antierməni adlandıraraq, həmin rejimin martın 1-də doğulduğunu xatırladıb: "Bu rejim xalqı güllələyir, su şırnaqları ilə ora-bura tolazlayır, rezin dəyənəklərlə yeniyetmə qızları vəhşicəsinə döyür. Bu cür rəqib yalnız bir dili anlaya bilər – məcbur edilmək".
Parlament Təsisatı hərəkatı sözügedən bəyanatında qələbənin elə də uzaqda olmadığını da qeyd edib: "Mübarizəmizi davam etdirsək, qələbə dağların arxasında deyil. Lakin rejimi birdəfəlik boğmaq üçün ölkənin hər yerindən insanlar Baqramyan prosepektinə doğru axışmalıdırlar".
Qeyd edək ki, İrəvanda hakimiyyətin elektrik enerjisinə qoyulan qiymət tarifinin avqustun 1-dən etibarən artırılması qərarından sonra Sarkisyan rejiminə qarşı etiraz dalğaları böyüyüb. Aksiyalar artıq 3-cü gündür ki, səngimir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB