Tarixdə ilk dəfə keçirilən və Azərbaycanda təşkil olunan I Avropa Oyunlarında könüllülərin xüsusi rolu var. Oyunlar zamanı işlərin aparılmasında könüllü fəaliyyət göstərən gənclərimiz həvəslə çalışırlar. Belə möhtəşəm tədbirin təşkilati işlərində yaxından iştirak etmək könüllü gənclərimiz üçün də çox əhəmiyyətli və xeyirlidir. Bəs gəlin görək, xarici könüllülər Bakı haqqında nə düşünür? .jpg)
Türkiyəli könüllü Helin Tok: "Mən artıq ikinci dəfədir ki, Bakıda oluram. Daha öncə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində jurnalist qismində gəlmişdim. Könüllü olmaq çox gözəl bir duyğudur. Arenalarda olmağı çox sevirəm. İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi edəcəyini biləndə, mən də Bakıda olmağa qərar verdim. Çünki daha öncə gələndə şəhərinizi çox bəyənmişdim. Burada özümü öz evimdəki kimi hiss edirəm. Hər kəs burada mənə çox yaxındır. İlk Avropa Oyunlarının açılışında iştirak edə bilməsəm də, sonradan televiziya vasitəsilə izləyərkən tüklərim biz-biz oldu. Sözün həqiqi mənasında açılış mərasimi çox möhtəşəm idi. Düşünürəm ki, könüllü olmaq sonradan hansısa bir yerdə işləyəndə bizlərə çox yardımçı olacaq. Burada müxtəlif dünyagörüşünə, mədəniyyətə malik insanlarla tanış olmaq gözəl hissdir".
Sovakiyalı könüllü Eliska Herinkova: "Mən I Avropa Oyunları çərçivəsində öz ölkəmin oyunlarını da izləyirəm və əlimdən gəldiyi qədər onlara dəstək oluram. Birinci dəfədir, Bakıda oluram. Şəhərinizdə olmağı çox sevdim. Oyunların açılışı isə möhtəşəm idi. Açılışda yaşanan anları sözlə ifadə etmək çətindir. Bu yarışda həm bizlər, həm də idmançılar üçün bütün şərait yaradılıb. Çox istərdim ki, yenidən Bakıda olum".
Macarıstanlı könüllü Victoria Kish: "İlk dəfədir ki, Bakıda oluram. Şəhəriniz çox gözəldir. Müasir göz oxşayan binalar insanı valeh edir. Çox təəssüf ki, "Bakı 2015" birinci Avropa Oyunlarının açılış mərasiminə qatıla bilmədim. Orada baş verənləri yalnız televiziya vasitəsilə izləməli oldum. Hər şey çox möhtəşəm idi. Təşkilatçılıq super səviyyədə təmin olunub. Könüllü olaraq fəaliyyət göstərdiyim Heydər Əliyev adına İdman Arenasında bizlər üçün hər bir şərait yaradılıb".
Polşalı könüllü Bartosz Czajkowski: "I Avropa Oyunlarının təşkilatçılığı yüksək səviyyədədir. Mən özüm Bakı Kristal Zalında könüllü olaraq çalışıram. Hətta arenalara gələn tamaşaçılar da oyunlardan böyük zövq alırlar. Mənim üçün ilk Avropa Oyunları qeyri-adi və möhtəşəmdir. "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bizə hər cür köməkliyi göstərir. Özümü doğma vətənimdəki kimi hiss edirəm".
Qeyd edək ki, ilk Avropa Oyunlarının açılışına iyunun 12-də start verilib. Bağlanış mərasimi isə iyunun 28-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB