Prezidentin köməkçisi: “Dövlət başçıları bu gündən etibarən Bakıya gəlirlər” AÇIQLAMA
"Bu gün axşamdan başlayaraq Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir". SİA xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, gələn qonaqların 15-20 nəfəri dövlət başçıları, digərləri isə dövlətləri təmsil edən iri ranqlı hökümət nümayəndələri olacaq: "Hələlik onların adlarını açıqlamaq istəmirəm. Bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. İnanırıq ki, Birinci Avropa Oyunları öz möhtəşəmliyi, yüksək təşkilatçılığı ilə keçiriləcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB