Millət vəkili: “Şults Ermənistanın mövqeyini nümayiş etdirir” MÜNASİBƏT
"Heç şübhəsiz ki, Avropa Parlamentinin prezidenti Martin Şults da ermənilərə xidmət edən bir şəxsdir". Bunu SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözləriə görə, dünyada ikilistandartlar mövcuddur: "Məhz bunun nəticəsidir ki, Azərbaycan torpaqlarının erməni hərbiçiləri tərəfindən işğal olunmasından 24 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, qətnamələr qəbul edilsə də amma qəti şəkildə heç bir addım atılmayıb. Bu təəccüblü haldır. Çünki Ukraynada baş verən hadisələrlə bağlı dünyanın inkişaf etmiş ölkələri birlik nümayiş etdirir və həmrəylik göstərirlər. Onlar Rusiyadan tələb edirlər ki, bu hadisələrə son qoyulsun. Əgər ikilistandartlar olmasa idi, Azərbaycan qarşı törədilən bu cinayətlərə son qoyulması ilə bağlı da qəti şəkildə addımlar atılardı".
Deputat A.Badamov hesab edir ki, erməni lobbisinin dünyada özünə uyğun dayağı var: "Çalışır ki, Ermənistanın xalq olub-olmamasından asılı olmayaraq onu müdafiə etsin. Beləcə, onun səsini yüksəyə qaldırsın. Heç şübhəsiz ki, Avropa Parlamentinin prezidenti Martin Şults da ermənilərə xidmət edən bir şəxsdir. Ona görə də o, ermənilərin xəttini müdafiə edir. Bu o demək deyil ki, Şultsun deyimi Avropa Şurasının deyimidir. Çünki Avropa Şurasının Azərbaycana qarşı mövqeyi müsbətdir. Onlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bu sadəcə fərdi şəxs olaraq Martin Şultsun istəyidir. Ola bilər ki, bu şəxsin Ermənistandan hansısa bir qidası var və ondan asılıdır. Məhz buna görə də Şults Ermənistanın mövqeyini nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB