Tağı Əhmədov yeni vəzifəyə seçildi

Tağı Əhmədov yeni vəzifəyə seçildi

Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri seçilib. SİA-nın məlumatına görə, bu barədə qərar rayon təşkilatının bu gün keçirilən X konfransında qəbul olunub.

Qeyd edək ki, konfransda sədr müavinləri, Şura, İdarə heyəti və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə