Hikmət Hacıyev KİV-in sorğusuna cavab verib

Hikmət Hacıyev KİV-in sorğusuna cavab verib

"ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV nümayəndələrinin sorğusuna cavab verərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, ATƏT-dən verilən məlumata görə Fransa Hökuməti vətəndaşlığını daşıyan Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə