YAP Nəsimi rayon təşkilatı uşaqlar üçün silsilə tədbirlər keçirib FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 28 May Respublika Günü və 1 İyun Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan valideyin himayəsindən məhrum olan uşaqlar üçün "Şəhərimizi tanıyaq və sevək" devizi altında silsilə tədbirlər keçirib. YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızının SİA-ya verdiyi məlumata görə, bu cür maraqlı tədbirlər həmin uşaqlar üçün çox vacibdir. Onun sözlərinə görə, Azərbaycan uşaq hüquqları yüksək səviyyədə təmin olunur: "Azərbaycan uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya çoxdan qoşulub. Eyni zamanda, milli qanunvericiliymizdə də bu məsələ xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən də biri odur ki, sağlam gənc nəsil formalaşdırılsın. Bunun üçün də dövlət tərəfindən bütün addımlar atılır. Sevindirici haldır ki, bu gün Azərbaycanda vətənpərvər, yüksək intellektə malik gənc nəsil yetişir".
M.İbrahimqızı bildirib ki, YAP Nəsimi rayon təşkilatının "Şəhərimizi tanıyaq və sevək" devizi altında keçirdiyi maraqlı və əyləncəli proqramdan öncə bu uşaqların hərtərəfli tibbi-profilaktik müayinəsi keçirilib. Eyni zamanda, həmin uşaqlar şəhərimizin ən gözəl yerlərində yaradılmış uşaq əyləncə mərkəzlərində istirahət edib və tarix-diyarşunaslıq müzeyləri ilə tanış olublar.
Proqramın sonunda YAP Nəsimi rayon təşkilatı uşaqlara bayram hədiyyələri təqdim olunub, onlar üçün nahar süfrəsi təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB