“Vətəndaş həmrəliyi” partiyası: “Məqsəd, iqtidarı ələ keçirməkdir” İDDİA
Ermənistanda Sarkisyan rejiminə qarşı mübarizə istiqamətində daha bir siyasi təşkilat yaradılıb. SİA xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun İrəvan bürosu xəbər yayıb. Belə ki, "Vətəndaş həmrəyliyi" adlı partiya İrəvanda keçirilən təsis qurultayında yaradıldığını elan edib.
Müxalifət partiyasının sədri isə Airik Arutunyan seçilib. Sədrliyə keçirilən seçkilər zamanı bu posta müxalifətçi deputat Nikol Paşinyan və Alen Simonyan iddialı olsalar da, onların hər ikisi sonradan öz namizədliklərini geri götürdüklərini bildiriblər.
"Vətəndaş həmrəyliyi" partiyası qəbul etdiyi bəyannamədə qeyd edib ki, onların hazırkı hədəfləri 2017-ci ilin parlament seçkilərində iştirak etmək və iqtidara sahib olmaqdır: "Bu gün növbəti partiya yaradılmır, bu gün heç də uzun müddət müxalifətçilik statusunda qalmaq fikrində olmayan, xalqın inamını qazanacaq və çox yaxın dövrdə Ermənistanda xalq adından iqtidara sahib olacaq bir partiya yaradılır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB