Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, Ə. əs-Sisinin məktubunda deyilir: "Zati-Aliləri, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm".
İ. Əliyevi 28 May- Respublika Günü münasibəti ilə həmçinin Monteneqro prezidenti Filip Vuyanoviç və Qırğızıstan prezidenti Almazbek Atambayev təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB