"İslam Dövləti" radikal sünni terror təşkilatının silahlıları Suriyada ələ keçirdikləri qədim Palmira şəhərinin arxeoloji kompleksləri üzərində bu gün səhər saatlarından başlayaraq, qara bayraqlarını asıblar. SİA xəbər verir ki, bu barədə "Skynews Arabiya" televiziyası məlumat yayıb. Açıq hava muzey-kompleksi hesab edilən və YUNESKO irsinə daxil olan Palmira şəhərinin qədim tikililərinin isə dağıdılmaq, məhv edilmək təhlükəsi yaşadığı qeyd olunur. Hazırda müasir zamanımıza qədər saxlanılmış qədim Roma küçələri, arka və sütunlar, məşhur amfiteatr, Yupiter məbədi və nekropolun dağıdılması ehtimalı hər saat artmadadır. Artıq Suriya dövləti beynəlxalq aləmə qədim Palmiranı qarabayraqlılardan müdafiə etməyə çağırış edib.
Xəbərdə bildirilir ki, artıq ötən gündən başlayaraq, Suriya hərbi birləşmələri Dəməşqdən 240 km aralıda yerləşən Palmira şəhərindəki sonuncu üç məntəqəni tərk edərək, geri çəkiliblər. Radikal islamçıların aerodromu, həbsxananı və təhlükəsizlik qüvvələrinə məxsus qərargahı ələ keçridikləri vurğulanır. Lakin geri çəkilmələrinə rəğmən, suriyalı hərbçilər Farkalis şəhərində yerləşərək, Əs-Savvana və Hneyfis yaşayış məntəqələrinə nəzarət etməkdədirlər. O cümlədən, Homs, Dəçəşq və Bğadada doğru gedən yollar da hökumət qüvvələrinin nəzarəti altındadır.
Bu arada Qədom Muzeylər Departamentinin direktoru Məəmun Əbdül Kərim dedyib ki, Palmiranı dağıdılmış assuriya Nəmrudu abidəsinin, eləcə də Mosulda talan edilmiş tarix müzeyinin aqibəti gözləyə bilər. Direktor Suriya hərbi qüvvələrinə, beynəlxalq aləmə müraciət edərək, "Suriya səhrasının mirvarisi" statusunu almış Palmiranı varvarlardan xilsa etməyə çağırıb. Onun sözlərinə görə, hazırda Palmiranın divarları qarşısında sivilizasiya ilə varvarlıq arasında döyüş gedir.
"Əsas heykəlləri və arelyefləri biz təxliyyə etməyə nail olduq. Lain monumental abidələri hazırkı vəziyyətdə çıxarmaq qeyri-mümkündür" -deyə, Əbdül Kərim qeyd edib. O, vandal-fanatiklərin qədim Rioma abidələrini partladacaqlarını ürək yanğısı ilə bəyan edib.
"Əl-Vətən" qəzeti isə yazır ki, Palmiranın "İslam Dövləti" tərəfindən ələ keçirilməsi hadisələrə susqun münasibət bəsləyən beynəlxalq ictimaiyyət üçün rüsvayçılıq ləkəsidir. Belə ki, daim mədəniyyətdən, tarixdən danışan qərb bu gün Suriyadada yerləşən qədim şəhərin dağıdılmaq təhlükəsi ilə üz-üzə qaldığına sakit münasibət bəsləyirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB