Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının müraciətini cavablandıraraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsinə razılıq verib. Bu barədə SİA-ya Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Toplantı təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.
Bir daha qeyd olunub ki, həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədə uyğundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB