Lavrov: "Rusiya münaqişənin nizamlanmasına yardım etməyə davam edəcək"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi brifinqdə deyib.
Lavrovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Moskva həm ikitərəfli kanallar, həm də Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu vasitəsilə münaqişə üzrə qarşılıqlı məqbul razılaşmaların axtarışına köməyi fəal davam etdirəcək".
Rusiya XİN başçısı söyləyib ki, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir: "İki ölkənin iqtisadi əlaqələri inkişaf edir, əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb. Bu ildə də müsbət dinamika müşahidə edilir. Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinqburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB