Prezident BAMF-ın ali mükafatı ilə təltif edilib

Prezident BAMF-ın ali mükafatı ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ali mükafatı ilə təltif edilib. SİA-nın xəbərinə görə, mükafat BAMF-in baş ofisinin açılışı ilə bağlı keçirilən mərasimdə qurumun prezidenti Umud Rəhimoğlu tərəfindən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. U. Rəhimoğlu Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna rolları olduğunu vurğulayıb.

Ə. Həsənova isə BAMF-in "Fəxri diplomu" təqdim edilib. BAMF prezidenti Ə. Həsənova vətəndaş cəmiyyətinin inkişafında dəstəyinə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə