"Azərbaycan dünya üçün nümunə ola bilər"

"Azərbaycan dünya üçün nümunə ola bilər"

"Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir". SİA-nın xəbərinə görə, bunu bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" panelində çıxışı zamanı Avropa Parlamentinin üzvü, Parisin 7-ci rayonunun meri Raşida Dati söyləyib.

O bildirib ki, Azərbaycan dünya üçün nümunə ola bilər:" Dinlər və etnik qruplar arasında münasibətlər baxımından Azərbaycan dünyaya nümunə ola bilər. Heydər Əliyev Fondu da mədəniyyətlərarası dialoqa töhfə verib, Fransada da mühüm tədbirlərə dəstək verib. Beləliklə, müsəlman Azərbaycan Fransanın mədəni irsinin bərpasına töhfə verib. Əgər belə nəcib işlər görülməsə, təhlükəsizlik təmin olunmayacaq. Biz səylərimizi birləşdirməliyik ki, terrorçuluğun qarşısını alaq. Dünyada bir çox ölkələr çətinliklərlə rastlaşsalar da, Azərbaycan dini, mədəni zənginliyini qoruyub. Ona görə də əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tolerantlığın qorunmasından fərəhlənirik. Bir ölkədəki məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, bu cür nümunələrdən istifadə edilməlidir. Biz Fransada törədilən terroru gördük. Ona görə də mədəniyyətlərarası dialoqa dəstək veririk. Mədəniyyətlərarası dialoq orta və ali məktəblərdə tədris proqramlarına salınmalıdır. YUNESKO Azərbaycanda savadlılığın 95 faiz olduğunu açıqlayıb, bu, böyük göstəricidir. Azərbaycanın inkişafı böyük təəsürat bağışlayır. Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan şərəf hissi duyuruq. Azərbaycan hakimiyyəti mədəniyyətin təbliğinə ölkə daxilində və xaricində təbliğinə çalışır, xüsusi önəm verir. Mən hər il Qəbələyə gedirəm, orada caz festivalı keçirilir. İstəyirik ki, Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində töhfələrini davam etdirsin".

Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin keçirildiyini, gələn ay isə Avropa Oyunlarının keçiriləcəyini qeyd edən R. Dati Azərbaycanın mədəniyyətlararası dialoqun gücləndiriliməsində rolunu davam etdirməsini zəruri sayıb.

Paneldə həmçinin Fransa Senatının üzvü Natali Qule də çıxış edib. O bildirib ki, müxtəlif şəxslər cihad adı ilə ekstremist cərəyanlara qoşulurlar. İslamın səhv təqdimatı ilə Fransa və digər ölkələrdən gəncləri aldadıb aparırlar. İraq və İslam Şam Dövlətinin tərkibində 20 faizə qədər xristianlar döyüşür. Gənclərin aldanmasının qarşısını almalıyıq. Bu sahədə birgə səylər göstərməliyik. Təbii ki, təhsil fundamental əhəmiyyət daşıyır. Bir qız məktəbə getmirsə, bu, bizi narahat etməlidir. Əgər Azərbaycan bu sahədə uğurlar qazanıbsa, bu nümunələri digər ölkələrlə bölüşməlidir. Azərbaycan böyük dövlətləri də bu sahədə işlər görməyə sövq etməlidir".

N. Qule terrorçuların qəddarlıqlarını vətəndlaşlara nümayiş etdirməyi zəruri sayıb: "Mən Forumun təşkilatçısı olanlara, xüsusən Azərbaycana təşəkkür etmək istəiyrəm. Biz birgə Bakı Bəyannaməsi qəbul etməliyik. Biz bəyan edə bilərik ki, multikulturalizmi dəstəkləyirik. Azərbaycan Avropa Oyunları ilə Avropa ailəsinə töhfə verir, baxmayaraq ki, Azərbaycan işğalla üzləşib".

Bütün xəbərlər Facebook səhifəmizdə