Prezident: "Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır"
"Çox şadam ki, bu gün III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda öz işinə başlayır. Bu, yaxşı ənənədir, üçüncü dəfədir ki, bu dialoqu keçiririk. Bu gün 100-dən artıq ölkənin təmsilçisi buradadır. Bu, müzakirələrin əhəmiyyətini göstərir". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynyayır: "Azərbaycan Avropa və Asiya arasında yerləşir, bu da ölkəmizin mədəni müxtəlifliyində rol oynayır. Etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb. Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm ənənələrini təbliğ edək. Əfsuslar olsun ki, bu gün dünyada baş verən hadisələr narahatlıq doğurur: Azərbaycanda Beynəlxalq Multikultiralizm Mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikultiralizmin alterantivi yoxdur. Bu baxımdan vətəndəş cəmiyyəti qurumlarının, QHT-lərin rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir, yayılır. İctimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikultiralizm ənənələrini inkişaf etdirməliyik. Multikultiralizmin müsbət ənənələri var. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Multikultiralizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik".
Prezident İlham Əliyev söyləyib ki, müsəlman dünyasında ilk Demokratik Respublika Azərbaycanda yaradılıb, qadınlara ilk dəfə səsvermə hüququ verilib: "Bu, Avropanın bir çox ölkələri ilə müqayisədə daha öncə atılan addım olub".
Dövlət başçısı deyib ki, mədəniyyətlərarası dialoqun təşviq edilməsində təhsil mühüm rol oynayır: "Biz təhsilə xüsusi diqqət yetiririk, Azərbaycan 100 faiz savadlılıq olan ölkədir. Biz təhsilə, texnologiyaya əsaslanmağa çalışırıq. Təhsil fundametalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir. Ona görə də Forumda bu müzakirələr diqqət mərkəzində olacaq. Fikrimcə, Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Biz indi təhsil sistemimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Sevinirik ki, gənc nəsil, savadlı olmağa, həyatda öz yerlərini tutmağa, Azərbaycanın potensialına çevrilməyə çalışırlar. Çox sevnirik ki, gənclərimiz vətənpərvərdir. Vətənpərvərlik həm də ölkələr arasında münasibətləri möhkəmləndirir. Öz ölkənə, dininə hörmət başqa ölkələr, dinlərə hörməti də ehtiva edir. Təəssüf ki, bu gün dünyada neofaşist hərəkatlar yaranır. Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır. 23 ildə Azərbaycanda güclü, inkişaf etmiş dövlət qurulub. Bakı memarlıq, tarixi abidələrlə zəngindir, onlarla tanış ola bilərsiz. Ancaq müstəqillik baxımından ölkəmiz gəncdir. Qısa müddətdə aparılan işlər bizim inkişafımızı müəyyən etdi. Əgər siz cəmiyyətin dəstəyinə nail olursunuzsa, bu işlər uğurlu olur. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB