Azər Babayev: “Hərbi xidmətdən yayınma halları kəskin azalıb”

“Vətəndaşların özləri könüllü olaraq hərbi xidmətə getməyə can atırlar”
Azər Babayev: “Hərbi xidmətdən yayınma halları kəskin azalıb”

"Vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınması halları kəskin azalıb". Bunu SİA-ya açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) şöbə rəisi, polkovnik-leytenant Azər Babayev deyib.

Şöbə rəisinin sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti ilə bağlı qəbul olunmuş dövlət proqramlarının hər birində hərbi vətənpərvərlik işinin təşkili ciddi nəzarətdə saxlanılır və buna böyük yer ayrılır: "Bununla əlaqədar vətəndaşlar arasında vətənpərvərlik hissi günü-gündən artır. Bunu lazımi səviyyəyə çatdırmaq üçün əlbəttə, mütəmadi işlər də görülür. SHXÇDX olaraq öz işimiz, vəzifə borcumuz olaraq onu qeyd edək ki, son dövrlərdə xidmət fəaliyyətə başladıqdan sonra aparılan təhlillər nəticəsində müəyyən olunub ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınması sayı kəskin azalıb. Artıq vətəndaşların özləri könüllü olaraq hərbi xidmətə getməyə can atırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə