"Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu gün Azərbaycan gənclərinin avanqardına çevrilib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransında çıxış edərkən söyləyib.
1990-cı illərin əvvəlində Azərbaycanda dərin böhran yaşandığını, dövlətimizin ölüm-qalım təhlükəsi ilə üzləşdiyini xatırladan Ə. Həsənov söyləyib ki, o dövrdə ölkə nə vəziyyətdə idisə, gənclik də o vəziyyətdə idi: "Gənclik düşərgələr arasında paylaşdırılıb, qarşıdurmaya, hakimiyyət uğrunda mübarizəyə sövq edilmişdi. Belə bir vəziyyətdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi, bir qədər sonra da Yeni Azərbaycan Partiyası və Gənclər Birliyi yaradıldı. Ümummilli Liderin qarşısında duran əsas vəzifə milli vətəndaş birliyinə nail olmaq, vətəndaş müharibəsini dayandırmaq idi. 1995-ci il mart ayına, son dövlət çevrilişinə qədər Heydər Əliyev bu işlə məşğul oldu. Milli vətəndaş birliyinə nail olandan sonra Azərbaycanda mühüm dövlət təsisatlarının yaradılmasına başlanıldı. O vaxta qədər Azərbaycanda nə parlament, nə də Konstitusiya yox idi. 1995-ci ildə parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi, nazirliklər, dövlət qurumlar təsis edildi. 1995-ci ildə Yeni Azərbaycan Partiyasının konfransında çıxış edən Ulu Öndər Heydər Əliyev dedi ki, nə qədər xalq, dövlət mövcuddur, Yeni Azərbaycan Partiyası da fəaliyyət göstərəcək".
Prezidentin köməkçisi çıxışı zamanı bildirib ki, xalqı, milləti düşünən insanların əksəriyyəti YAP-da təmsil olunub: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 250 minlik gənclər ordusu ilə daha böyük zirvələr fəth olunacaq. Hər bir Azərbaycan vətəndaşı azərbaycançılıq ideologiyasından çıxış edərək milli vətəndaş birliyinin qorunmasına çalışmalıdır. Vətəndaş birliyi olmayan yerdə dövlətdən, dövlətçilikdən söhbət gedə bilməz. 23 il ərzində Azərbaycan dünyanın aparıcı dövlətlərindən birinə çevrilib, BMT-nin, ATƏT-in, Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biridir, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Azərbaycanın iştirakı olmadan Avrasiyada böyük layihələr həyata keçirilə bilməz. Ulu Öndər tərəfindən həyata keçirilən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tövsiyyələrindən biri odur ki, hər bir ailə və dövlət başçısı öz varisini yetişdirməlidir. Dövlət həyatında gələcək nəsil haqqında düşünmürsənsə, o dövlətin gələcəyi yoxdur. Bundan əlavə Heydər Əliyev deyirdi ki, təcrübəli nəsillə gənc nəslin birgə fəaliyyəti vacibdir. Azərbaycanda gənclər siyasətinin təməli Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda bu gün gənc nəslin hakimiyyətdə təmsil olunması, yaradılan qurumlar, gənclər təşkilatları göz önündədir, dövlət siyasətinin 50 faizə qədəri gənclərə yönəlikdir. Azərbaycana qarşı daxildən, xaricdən hücumlar var, milli, vətəndaş birliyini pozmaq cəhdləri var. Azərbaycanı müstəqil siyasətdən çəkindirməyə yönəlik səylər var. Gənclər gecə-gündüz Azərbaycan əleyhinə çalışanların ofislərinə petisiyalar göndərməlidirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu sahədə fəallığını daha da artırmalıdır. Gənclər sahəsində fəaliyyət göstərən dövlət məmuru kimi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətindən razıyam".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB