Ulu Öndərin xatirəsi Praqada yad edilib FOTOLAR

Ulu Öndərin xatirəsi Praqada yad edilib FOTOLAR

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Çexiyanın paytaxtı Praqada həvəskarlar arasında I Beynəlxalq Şahmat turniri təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, turnir Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilib.

I Beynəlxalq Şahmat turnirində azərbaycanlı və çex həvəskar şahmatçılar iştirak edib. Yarışın qalibləri müxtəlif hədiyyə və sertifikatlarla mükafatlandırılıb. Mükafatların təqdimat mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilib. Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı Fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, fəaliyyəti, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə danışıb. F.Şəfiyev eyni zamanda, Azərbaycanın şahmat ənənələri, ölkəmizin idmanın bu növündə qazandığı uğurlardan bəhs edib.

Sonda turnirin bütün iştirakçılarına və qaliblərə təşəkkür edən F.Şəfiyev ümummilli liderin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin növbəti illərdə ənənəvi şəkildə keçiriləcəyinə ümid etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə