Xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında təntənəli tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək görkəmli dövlət xadimi, dərin zəkaya və siyasi dühaya malik olan müdrik şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, qüdrətli sərkərdənin ordu quruculuğunda və Dövlət Sərhəd Xidmətinin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıblar.

Qeyd olunub ki, dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyevin parlaq fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Xüsusi olaraq vurğulanıb ki, uzaqgörən sərkərdə imzaladığı fərman və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırıb, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən edib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasət sahəsində əldə etdiyi uğurlar Ulu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB