Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, Əli Kərimlinin xaricdəki dostlarının imkanları hesabına yaradılan və "24-saat" deyilən TV verilişində Azərbaycan əleyhinə antitəbliğat kampaniyası aparılır. Bu kampaniyanın aparılması onu deməyə əsas verirmi ki, həmin verilişin müəllifləri ermənipərəst qüvvələrdən heç nə ilə fərqlənmirlər?
"Hər ikisi eyni amallar uğrunda "vuruşurlar""
- Əli Kərimlinin nəyi, hansı addımı düzdür ki, apardığı kampaniya da düz olsun? Əlbət, bu adamı dəyişmək mümkün deyil. Əlinə nə fürsət keçsə, nə imkan düşsə ondan dövlətə və dövlətçiliyə qarşı istifadə edəcək. Bu adama fərqi yoxdur, məkan "24-saat" TV olsun ya da digəri. Kərimlinin düşündüyü, beyninə əxz elədiyi tək şey öz ambisiyalarının, yalanlarının və nağıllarının təbliğidir. Belə olan halda isə təbii, onun ermənipərəst qüvvələrdən heç bir fərqi qalmır. Çünki hər ikisi eyni amallar uğrunda "vuruşurlar"
- Sizcə niyə xarici qüvvələrlə eyni mövqedən çıxış edən daxili qüvvələr məhz Avropa Oyunları öncəsi fəallıq göstərirlər?
"Əli Kərimli kimilər nadanlıq, nakişilik adına nə vasitə varsa hamısından bəhrələnirlər"
- Bu fəallıq tablosundan daha çox fitnə, riyakarlıq tablosunu xatırladır. Çünki fəal olan bu fəallığı hər zaman göstərməli və nümayiş etdirməlidir. Kvartaldan kvartala, seçkidən seçkiyə, tədbirdən tədbirə ortalığa atılıb oyun çıxarmamalıdır. Hazırda isə anti - milli qüvvələr, "ələkçinin qıl verənləri", bəlli beynalxalq dairələr ona görə aktivləşib ki, qarşıdan möhtəşəm bir idman turniri gəlir. Hansı ki, ev sahibliyini özümüz edəcəyik. İndi məntiqlə düşünək: Əli Kərimli kimi avantürist, millətinə, dövlətinə qənim kəsilən biri belə fürsəti əldən vermək istəyərmi? Ya da illərdir Azərbaycanı hədəf alan, öz şərtlərini diktə etməyə çalışan bəzi Qərbmeylli qüvvələr? Təbii xeyr. Ona görə də əllərindən gələni əsirgəmirlər. Əli Kərimli kimilər nadanlıq, nakişilik adına nə vasitə varsa hamısından bəhrələnirlər.
- "Article 19" beynəlxalq hüquq müdafiə təşkilatı Londanda tədbir keçirərək Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək jurnalistləri ölkəmizdə neqativ halları araşdırıb, insan hüquqları ilə bağlı pozuntuları aşkarlayıb yazmağı istəyib. Sizcə, Azərbaycana qarşı bu qərəz nədən irəli gəlir?
"Seçki yaxınlaşmamış o "girdirmə" priotetləriniz niyə gündəmi zəbt, gözümüzü mazol eləmirdi?"
- "Article 19" "Azadlıq"qəzetinin rayon bürosu kimi bir şeydir. Onların heç ofislərindəki işçilərin sayından, kimliyindən xəbərləri yoxdur, o ki qalsın Azərbaycandakı vəziyyətdən. Hamısı beynəlxalq dairələrdən, böyük layihələrdən pul silməklə məşğuldur. Adlarını da qoyublar demokratiya, hüquq və azadlıq carçısı. Hərgah, hamısı saxtakarın, artistin biridir. Qərb nə əmr eləsə, ağaları hansı təlimatı versə "baş üstə" deyib dərhal işin icrasına başlayırlar. Amma onlardan bir soruşan lazım ki, Avropa Oyunlarına qədər harda gecələyib, harda yatırdınız? Seçki yaxınlaşmamış o "girdirmə" priotetləriniz niyə gündəmi zəbt, gözümüzü mazol eləmirdi? "Demokratiya", "insan hüququ" deyilən anlayış sizin fəlsəfənizdə mövsümləmi ortaya çıxan "məhsuldur"?
- Avropa Oyunları öncəsi bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı geniş şəkildə təzyiq vasitələrindən istifadə edirlər. Sizcə, onlar bu məkirli niyyətləri ilə nəyə isə nail ola bilərlərmi?
"Onların qarşısında duran dövlət nə Ukraynadır, nə Gürcüstan nə də Ermənistan"
- Əsla. Çünki bu ilk deyil. İndiyə qədər yüz yox, min dəfə bu cür təqiblərlə üzbəüz qalmışıq. Amma sonucda ədalət, düzgün olan tərəf qazanıb. Beynəlxalq təşkilatlar, bəlli qüvvələr çox cəhd edə bilər, necə ki,edir. Fəqət, onların qarşısında duran dövlət nə Ukraynadır, nə Gürcüstan nə də Ermənistan. Bu dəfə söhbət Azərbaycandan gedir. O Azərbaycandan ki, onun gücü və əzəməti bütün xainlikləri, məkrləri, hədələri dəf etmək gücünə malikdir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB