"Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Biz bu islahatları Ermənistanın təcavüzü fonunda həyata keçiririk. 1 milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, 20 ildən artıqdır ki, sülh danışıqları nəticə vermir: "XXI əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəcüb doğurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir ki, masa üzərindədir və əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar və müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı humanitar fəlakətlə üzləşib. Bizə iqtisadiyyatı inkişaf etdirmək üçün sülh və sabitlik lazım idi. İşğal şəraitində ölkəmizi inkişaf etdirməli idik, yalnız güclü olduqda hədəflərimizə nail ola bilərdik. Biz bu yolla da etdik. Bu gün münaqişəni Ermənistanla danışıqlar yolu ilə həll etməyə çalışırıq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzvdür. Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq və ədaləti qoruyub.Dostlarımız və tərəfdaşlarımızın sayəsində Azərbaycan uğurlu enerji syiasəti yürüdüb. Bizim nəhəng sərvətlərimiz olsa da, sərmayəyə, infrastruktura ehtiyacımız vardı. Azərbaycanın açıq dənizə çıxışı yoxdur, ona görə də borular çəkməli idik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Qara dənizlə birləşdirdik, Azərbaycan ilk dəfə enerji xəritəsini dəyişdirdi. Bu gün enerji təhlükəsizliyi təbii qaz sərvətləri ilə bağlıdır. Azərbaycan da bu prosesdə aparıcı ökədir. Biz TANAP və TAP-ın təşəbbüskarı olmuşuq. Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, Onun həyata keçirilməsi üçün 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchihatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızı təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB