Vayra Vayk-Freberqa: "Dünyada dövlətlər bir-birindən asılı vəziyyətə düşürlər"
"Dünyada dövlətlər get-gedə bir-birindən asılı vəziyyətə düşürlər. Qanun aliliyi olan ölkələr daha da inkişaf edir, başqa ölkələr isə getdikcə dərin korrupsiyaya, ədalətsizliyə yuvarlanırlar". SİA-nın xəbərinə görə, bunu Latviyanın sabiq baş naziri, Nizami Gəncəvi Forumunun həmsədri Vayra Vayk-Freberqa bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılışında çıxış edərkən deyib.
Sabiq nazir bildirib ki, SSRİ-nin süqutundan sonra müstəqil dövlətlər çətin durumlarla qarşılaşıblar: "Bu gün dünyada çətin durumda olan insanlar var. Yeri gəlmişkən, mən uşaq olanda valideynlərim də qeyri-adi şəraitə düşmüşdülər, onlar SSRİ-də qalmaq istəmirdilər. Ona görə də onlar Latviyadan ən son gedən qayığa minə biliblər. Bu qayıqları vura bilmək üçün torpedolar atıblar, qayıqların bir qismi batıb, insanların bir qismi ölüb".
Nizami Gəncəvinin dediklərinin XXI əsr üçün aktual olduğunu dilə gətirən Vayra Vayk-Freberqa dani şairin söylədikləri fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Vayra Vayk-Freberqa Forumun bu ideyalar uğrunda mübarizə üçün keçirildiyini söyləyib: "Bu konfransın məqsədi sizin fikirlənizi dinləmək, fərqlilikləri ortaya çıxarıb təhlil etməkdir. Silahlardan istifadə olunur, dövlətlər, şəhərlər dağıdılır. Cəmiyyətdə yaxşı ideyalar irəli sürülməli və bölüşdürülməlidir. Bu mənada Bakıda keçirilən Forum çox önəmlidir. Prezident İlham Əliyev bu forumların, təbdirlərin əhəmiyyətini qiymətləndirir və Nizami Gəncəvi Mərkəzinin də fəaliyyətinə dəstək verir. Mən Prezident İlham Əliyevə təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB