"Qondarma "erməni soyqırımı" ilə bağlı nə Türkiyə, nə ABŞ, nə də Avropa dövlətlərinin arxivlərində bu faktı sübut edən heç bir sənəd yoxdur". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.
Onun sözlərinə görə, əgər belə bir sənəd olsaydı, ABŞ və Avropa dövlətləri çoxdan bunu ictimaiyyətlə paylaşar, Türkiyəni üzr istəməyə, təzminat və torpaq verməyə məcbur edərdilər: "Siz heç bu 100 ildə ermənilərin və yaxud onların havadarlarının məsələ ilə bağlı konkret bir sənəd ortaya qoyduqlarını gördünüzmü? Bu günə qədər deyilənlərin və ortaya çıxarılanların tamamı siyasi mahiyyət daşıyır və hüquqən heç bir əhəmiyyəti yoxdur. Təxminən bir ildir Vatikan arxivində qondarma "erməni soyqırımı" ilə bağlı 2000 sənəd olduğu iddia edilsə də, nədənsə hələlik bu sənədlərin heç biri hətta qondarma "soyqırımın" 100-cü ilində belə ictimaiyyətə açıqlanmadı. Çünki digər arxivlərdə olduğu kimi Vatikan arxivində də belə sənəd yoxdur".
"ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məsləhətçisi olan Bryus Feyn deyib ki, əgər erməni arxivləri açılsa, ermənilər həm dünyadan həm də Türkiyədən üzr istəyərlər. Bu həqiqətən də belədir. Ermənistan və xüsusilə 1918-20-ci illərdə hakimiyyətdə olmuş Daşnaqsütyun Partiyasının arxivləri açıq deyil. Daşnaq hökumətinin arxivi isə ümumən Ermənistanda deyil, ABŞ da bir erməninin şəxsi arxivində saxlanılır. Həm də bu sənədlər arxiv saxlama qaydalarına uyğun şəkildə təsnif edilib. Amma nə Ermənistan, nə də Daşnaqsütyun Partiyasının arxivi tarixçilər və tədqiqatçılar üçün açıq deyil", – H.Cabbarlı bildirib.
Mərkəz sədri qeyd edib ki, Ermənistanın birinci baş naziri (1918-1920) Ovannes Kaçaznuninin "Daşnaqsütyun: edəcək bir şey qalmadı" adlı əsərində hadisələr təfərrüatına qədər ələ alınıb, incələnib və ermənilərin haqsız olduqları Daşnaqsütyun Partiyasının lideri və Baş nazir tərəfindən etiraf edilib. Təəssüflər olsun ki, tarixçilər və dövlət adamları Kaçaznuninin bu etiraflarını görmür və yaxud görmək istəmir. Qondarma "erməni soyqırımı" təbliğatının ermənilərə görə uğurlu nəticələr verdiyi indiki zamanda isə Ermənistanın və Daşnaqsütyun Partiyasının arxivlərini açma ehtimalı sıfıra bərabərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB