"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılan ATƏT-in Minsk qrupu formatı düşmən ölkənin maraqlarına tam cavab verir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.
O deyib ki, bu formata daxil olan ölkələr birmənalı şəkildə Ermənistanın maraqlarını müdafiə edirlər: "Qondarma "erməni soyqırımı" ilə bağlı Ermənistana gedən və orada yalan açıqlama verən həmsədr ölkələrin dövlət başçıları düşmən ölkəni seçdiklərini bir daha göstərdilər. Onların oarada səsləndirdikləri fikirləinr heç bir əsası yoxdur. Onlar bunları hansı faktlar əsasında deyirlər məlum deyil. Faktın olmadığı halda bunlar erməni yalanını təqdir edirlərsə, birmənalı şəkildə Ermənistanın tərəfini saxlayırlar".
QAT sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədri olan dövlətlərin başçılarının qondarma "erməni soyqırımı" ilə bağlı tədbirə qatılmasından ruhlanan ermənilər bu formatdan iki əlli yapışacaqlar: "ATƏT-in Minsk qrupu formatı ermənilərin maraqlarına cavab verir. Ona görə də ermənilər Azərbaycan qarşı öz maraqlarına uyğun bəyanatlar verirlər. Bu isə mövcud status-kvonun saxlanmasına xidmət edir. Danışıqlar prosesində qeyri-konstruktiv mövqenin ermənilər tərəfindən sərgiləndiyi isə faktdır və hər kəsin göz qarşısında baş verir".
A. Nağı deyib ki, erməni tərəfinin Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı ölkəmizi danışıqlar prosesini pozmaqda ittiham etməsi məsuliyyətsizlik və həyasızlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB