Səfir: “Sarkisyan özünə sadəcə mənəvi təskinlik tapa bilər” AÇIQLAMA
"Rusiya prezidentinin açıqlaması ilə bağlı xəbərlərlə mən də tanış oldum. Bununla bağlı rəsmi açıqlama hesab edirəm ki, nazirlikdən veriləcək". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Çoşkun bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə bu bəyanatlara məntiqlə yanaşır. Ermənistan isə ortada sadəcə istifadə olunur: "Bu məsələ ilə bağlı mən açıqlama verə bilmərəm. Lakin belə ifadələrə qarşı Türkiyənin münasibəti ortadadır. Biz buna hisslərimizlə deyil, məntiqli bir şəkildə yanaşırıq. Soyqırımı ilə bağlı belə iddiaların ortaya atılması və Ermənistanın ortada istifadə olunaraq Türk dünyasına qarşı ləkə sürülməsi açıq şəkildə ortadadır. Bununla bağlı danışmağa söz tapa bilmirəm".
Səfir onu da vurğuladı ki, Ermənistan bu yalanlarla 21-ci əsrdə bu coğrafiyada özünə yer tapa bilməz: "Tarixi təxminlərlə, kimin daha çox əziyyət çəkdiyini müqayisə ilə göstərmək tarixə, insanlığa və vicdana sığışdırılmayan bir məsələdir. Ermənistan prezidenti müxtəlif istiqamətlərdən gələn bəyanatlarla özünə mənəvi təskinlik tapa bilər, lakin Ermənistanı belə yalanlarla 21-ci əsrə, bu coğrafiyaya sağlam şəkildə gətirib çıxara bilməz. Biz belə açıqlamaları rədd edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB