"Milli Şura" mitinq adı ilə özünü siyasi gündəmdə saxlamaq niyyəti güdür". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, cəmiyyət nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin çağırışı ilə mitinqlərə gəlmir,onları dəstəkləmir: "Bunu onlar da yaxşı bilir. Mitinq zamanı onların yanında yaxınları, qohum-əqrəbaları, bir də təcrübəsiz gənclər olur. Ona görə də bu qurum öz "mövcudluğunu" beynəlxalq təşkilatlara və bəzi siyasi dairələr göstərmək üçün "mitinq" şousunadan istifadə edir. Birmənalı şəkildə deyirəm ki, Əli Kərimli mitinq şousu göstərməklə məşğuldur".
Digər muxalifət qüvvələrinin onlara dəstək verməsi məsələsinə gəldikdə isə N. Orduxanlı qeyd edib ki, özünə hörmət edən siyasi təşkilat nə Əli Kərimliyə nə də Cəmil Həsənliyə dəstək verməz: "Əksinə, 2013-cü ildə "Milli Şura"nı yaradanların çoxu oranı tərk edib. 130 nəfərlə təsis olunan "Milli Şura"dan 70 nəfərə yaxın adam istefa verərək qurumu tərk edib. Bu gün həmin qurumda 5-10 nəfər Əli Kərimlinin partiyasında olan şəxslər və hakimiyyətdən qovulan, bütün günü vəzifə eşqi ilə yaşayan Gültəkin Hacıbəylilərdən başqa kimsə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB