21 ölkənin lideri Çanaqqalanı anacaq SİYAHI

21 ölkənin lideri Çanaqqalanı anacaq SİYAHI

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə aprelin 24-25-də keçiriləcək anma mərasimlərinə 21 ölkənin lideri qatılacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, anma mərasimlərində, dövlət başçıları, parlament sədrləri, prezident köməkçiləri, baş nazirlər, nazirlər, səfirlər səviyyəsində bir çox ölkədən nümayəndə olacaq.

Dövlət başçısı səviyyəsində iştirak edəcəklər ölkələrin siyahısı isə belədir: Azərbaycan Prezidenti İlham Əliyev, Birləşmiş Krallıq Uels Şahzadəsi Çarles, İraq prezidenti Fuad Masum, Qatar Əmiri Tamim bin Hamad Əl Sani, Suriya Milli Koalisiyası Başçısı Xalid Hoca, Albaniya Prezidenti Bujar Nişani, Bosniya və Herseqovina Prezident Şurasının sədri Mladen İvaniç, Cibuti Prezidenti İsmayıl Ömər Quelleh, Çad Prezidenti İdris Debi, Cənubi Sudan Dövlət Başçısı Salva Kir Mayardit, İraq Dövlət Başçısı Fuad Masum, İrlandiya Dövlət Başçısı Maykl. D. Hiqqins , Çernoqoriya Prezidenti Filip Vujanoviç, Qatar Əmiri Təmim bin Həməd Əl Sani, Şimali Kipr Dövlət Prezidenti Dərviş Eroğlu, Kosovo Prezidenti Atifete Yahyaga, Makedoniya Prezidenti Corc İvanov, Mali Dövlət Başçısı İbrahim Baubacar Keita, Niger Dövlət Başçısı Məhəmməd İssufo, Pakistan Dövlət Başçısı Məmnun Hüseyn , Senegal Dövlət Başçısı Maki Sall, Sloveniya Prezidenti Borut Pahor, Somali Prezidenti Həsən Şeyx Mahmud və Türkmənistan Dövlət Başçısı Qurbanqulu Berdimuhammedov. Macarıstandan isə keçmiş prezident Pal Şmit iştirak edəcək.

Bundan başqa, mərasimə BMT İnkişaf Programından Helen Klark, Türk Şurasından Ramil Həsənov, Avropa Şurasından Thorbyorn Jagland, İslam Əməkdaşlıq Təşkilatından (İƏT) İyad Emin Mədəni, Afrika İttifaqından Sülh və Təhlükəsizlik üzrə Komissarı səfir Smail Çerqui kimi beynəlxalq təşkilat nümayəndələri və Livan Xüsusi Məhkəməsinin Başçısı David Baraqvanat və Nobel Sülh Mükafatı Laureatı Tavakel Karman kimi beynəlxalq adlar da qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə