Qaçqınların sayı 800 min nəfəri keçdi STATİSTİKA

Qaçqınların sayı 800 min nəfəri keçdi STATİSTİKA

Ukraynada baş verən silahlı qarşıdurmalardan sonra təkcə Donbassdan (Donetsk vilayəti-red.) qaçqın düşən ukraynalıların sayı artıq 800 mini geridə qoyub. SİA xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası idarəsi tərəfindən hazırlanmış sənəddə bildirilib. Sənəddə qeyd olunub ki, təkcə bir həftə ərzində qaçqınların sayı 23,6 min nəfərə qədər artıb. BMT-nin qaçqınlarla iş üzrə ali komissarının hesablamasına görə, 16 aprel tarixinə olan rəqəmlər 800min 961 nəfər ukraynalını əhatə edib. Onlar ya sığınacaq, ya da digər qonşu leqal dövlətlər sırasında yaşamaq hüququ almaq üçün müraciət ediblər.

Sözügedən sənəddə o da bildirilir ki, təqribən 660 min nəfər rəsmi qaydada Rusiyada qeydiyyatdan keçiblər. 81 nəfəri isə Belorusa köçüb. Eyni zamanda, Donbassdan qaçqın düıən ukraynalılardan 1 milyon 228 min nəfəri Ukraynanın digər bölgələrinə köçüblər. "Bu, ötən həftədəki rəqəmlərdən 15 min nəfər artıqdır"-deyə sənəddə qeyd olunub.

BMT qurumundan müharibə ilə bağlı digər statistik rəqəmlər barədə də məlumat verilib. Belə ki, 13 aprel tarixinə olan məlumata görə, Donbass ərazisində təkcə bir gün ərzində ukraynalı hərbçilərdən 6-sı öldürülüb, 12 nəfəri isə yaralanıb. Qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" tərəfindən isə dörd nəfər separatçının öldürüldüyü, 12 nəfərinin isə yaralandığı bildirilib.

BMT-nin rəsmi məlumatında silahlı qarşıdurmasının davam etdiyi son bir ildə Ukraynanın Şərqində 6116 insanın öldüyü, 15,5 nəfətin isə yaralandığı qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə