Suriya ilə Fransa razılığa gəldi

Bəşər Əsəd: “Əlaqə var, əməkdaşlıq yox”
Suriya ilə Fransa razılığa gəldi

"Suriya və Fransanın kəşfiyyat xidmətiləri "İslam Dövləti" ("İD") ilə mübarizə çərçivəsində əlaqədədədir". SİA xəbər verir ki, Suriya prezidenti bu fikriləri Fransanın "Franse 2" telekanalına müsahibəsində deyib.

Bəşər Əsəd deyib ki, əlaqələr olsa da əməkdaşlıq yoxdur: "Biz sizin (Fransanın-red.) kəşfiyyat xidmətinin nümayəndələri ilə görüşmüşük, lakin əməkdaşlığımız yoxdur".

Prezidentin sözlərinə görə, Fransa kəşfiyyat xidmətinin nümayəndələri ilə keçirilən görüş Suriya ərazisində baş tutub: "Böyük ehtimalla onlar buraya (Suriyaya-red.) informasiya mübadilələrini reallaşdırmaqdan ötrü gəliblər. Bu kimi əlaqələr hər iki tərəfin xoşməramlı addımları kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, bu il fevral ayının sonlarında bir qrup fransalı parlamentari Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüş keçirmişdilər.

Dörd deputatın Suriyaya səfəri fərdi xarakter daşıyıb. Eyni zamanda Fransanın xarici işlər nazirliyi də bəyan etmişdi ki, bu görüş qeyri-rəsmi şəkildə baş tutub.

Xatırladaq ki, 2011-ci ilin martından başlayaraq, Suriyada vətəndaş qarşıdurması başlayıb və bu faktor sonradan terrorçu qruplaşmaların da qaynar nöqtəyə cəm olması ilə nəticələnib. BMT-nin rəsmi məlumatına görə, indiyə qədər Suriya müharibəsində 200 kin insanın həlak olduğu bildirilir. Əsədə məxsus hökumət güclərinə qarşı dünyəvilik prionsipini siyasi xətt kimi götürən müxalifətçi Suriya Azadlıq Ordusu ilə yanaşı, radikal islamçı "Cəbhət ən Nüsra" və "İslam Dövləti" terror təşkilatları da müqavimət göstərir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə