"Həm Roma Papasının mövqeyini, həm də Avropa Parlamentinin qəbul etdiyi qətnaməni mənfi qiymətləndirirəm". Bunu SİA-ya millət vəkili, politoloq Sahib Alıyev deyib.
Onun sözlərinə görə, sərgilənən mövqelərdə islamafob, anti-türk yanaşma var: "Avropa Parlamentinin qondarma "soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamədə də bildirilir ki, Türkiyə buna görə heç bir hüquqi və digər məsuliyyət daşımayacaq. Avropa Parlamentinin hüquqi əsas olmadan belə bir qətnaməni qəbul etməsi ondan xəbər verir ki, bu yolla onlar erməniləri növbəti terror aktlarına, ərazi işğallarına həvəsləndirirlər".
ABŞ-ın da analoji addım atması ehtimalından danışan millət vəkili xatırladıb ki, prezident Ronald Reyqanın dövründə qondarma "soyqırımı" tanıma məsələsinə cəhd edilsə də, sonradan ABŞ geri çəkilməli olub: "Çünki, ABŞ bununla Türkiyənin timsalında önəmli müttəfiqini itirəcəyini görürdü. Amma məsələ burasındadır ki, dünya Reyqanın dövründəki kimi deyil və regionda Türkiyə ilə yanaşı, Azərbaycan kimi qüdrətli dövlət də var. Təbii ki, uydurma "soyqırımı"nın tanınması Türkiyə və Azərbaycanın maraqlarına eyni dərəcədə toxunur. Ümid edirəm ki, ABŞ bu faktı nəzərə alacaq".
S. Alıyev qətnamənin qəbulundan sonra Avropa İttifaqı-Türkiyə münasibətlərinin necə olacağı ilə bağlı fikirlərini də bölüşüb: "Türkiyədə Avropa İttifaqına xristian birliyi kimi baxılır. Belə baxışa isə tamamilə əsaslar var. Çünki Türkiyə yarım əsrdən çoxdur ki, Avropa İttifaqının kandarından içəri buraxılmadığı halda, iqtisadi və islahatlar baxımından Türkiyənin yerini verə bilməyən bir sıra xristian dövlətləri bu quruma daxil edilib. Bu qətnamə qəbul olunmamışdan öncə də Türkiyənin Avropa İttifaqına münasibəti bəlli idi. Ona görə də hesab edirəm ki, qətnamənin qəbul olunması Türkiyənin Avropa İttifaqına münasibətində hər hansı bir təsir göstərməyəcək. Sadəcə bu fakt növbəti dəfə Avropa İttifaqının xristian birliyi olduğunun təsdiqidir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB