Hikmət Babaoğlu: “İslamafob dairələr Azərbaycanla bağlı şantaj siyasəti aparırlar” AÇIQLAMA
"Azərbaycan olduqca çox mühüm bir tarixi hadisə ərəfəsindədir. Bildiyimiz kimi, iyun ayından başlayaraq, ölkəmizdə Birinci Avropa Oyunları start götürəcəkdir. Əlbəttə ki, bu böyük bir idman hadisəsi olmaqla yanaşı, həm inteqrasiya, həm iqtisadi, həm turizm, həm də mədəniyyətlərarası mübadilə hadisəsidir. Belə bir əhəmiyyətli tədbir öncəsi Avropada, Qərb dövlətlərində müxtəlif adlar altında fəaliyyət göstərən və eyni mərkəzdən idarə olunan islamafob dairələr Azərbaycanla bağlı siyasi şantaj siyasəti həyata keçirməyə başlayıblar". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redkatoru, politoloq Hikmət Babaoğlu ABŞ dövlət katibinin demokraiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramerin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, "Azadlıq" radiosunun keçmiş direktoru Cefri Qedmin, "Freedom House" təşkilatının direktoru Mark Laqonun, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasotanın, AZAD təşkilatından Elmar Şahtaxtinskinin, Qorxmaz Əsgərovun, Ramiz Yunusun və başqalarının ABŞ-m Dövlət Katibi Con Kerriyə Azərbaycanın dövlət rəsmilərinə, millət vəkillərinə qarşı sanksiyaların tədbiq edilməsi ilə bağlı ünvanladıqları müraciətlərinə münasibətini bildirərkən deyib.
"Əslində bu tarixin seçilməsi də bir qədər diqqəti cəlb edəndir", deyə qeyd edən Hikmət Babaoğlu bunun məqsədli olduğunu deyib: "Çünki bilirik ki, qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı ermənilər müxtəlif səpkili tədbirlər keçirməyə başlayıblar və bu zərbənin hansı tərəfdən gələ biləcəyi ilə bağlı müxtəlif ehtimallar vardı ki, onlardan biri də məhz Avropa Oyunları ərəfəsində - aprel ayında Azərbaycana qarşı kampaniyanın aparılmasıdır. Bu, Qərbdə olan islamafob dairələrin mövqeyidir, Azərbaycanın inkişafını gözləri götürməyən tərəflərin mövqeyidir və bütünlükdə islamafob dairələrlə erməni lobbisinin birgə fəaliyyətinin nəticəsidir. Ancaq əlbəttə ki, Azərbaycan milli dövlət kimi həm də müstəqildir. Azərbaycan hakimiyyətində milli iradə faktoru təmsil olunur və Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, heç bir şəkildə, heç bir formada ölkəmizdə müstəqil siyasətin həyata keçirilməsini məhdudlaşdırmaq olmayacaq".
Politoloqun fikrincə, çox maraqlıdır ki, Azərbaycana qarşı bu cür ittihamlar səsləndirildikdən sonra ölkəmizə qarşı müxtəlif tələblər irəli sürülür: "Bu tələblər ondan ibarətdir ki, Azərbaycanda tranmilli medianın fəaliyyəti bərpa olunsun, ölkəmiz daxilində "beşinci kalon" kimi fəaliyyət göstərən bəzi QHT rəhbərləri ilə bağlı yumşaq siyasət aparılsın. Yəni bu aydın göstəricidir ki, anti-Azərbaycançı mərkəzlər, islamafob dairələr Azərbaycanın daxilində dağıdıcılıq fəaliyyəti göstərən müxtəlif təşkilatlanmaların fəaliyyətlərinin bərpasını istəyirlər ki, bu da mümkün olan deyil. Çünki belə qurumların fəaliyyəti Azərbaycanın milli-dövlətçilik maraqlarına ziddir".
Baş redkator bütün bunlara baxmayaraq, Azərbaycanın Qərbdə çox güclü tərəfdaşlarının olduğunu vurğulayıb və nəticədə Avropa Oyunlarının yülksək səviyyədə keçiriləcəyini deyib: "Bizi istəməyən qüvvələr isə öz layiqli cavablarını alacaqlar".
Hikmət Babaoğlu Con Kerriyə ünvanlanan şöhtan xarakterli müraciətin vabasız qalacağı qənaətində olduğunu da deyib: "Heç bir ciddi dövlət xadimi. Xüsusən, öz xalqının siyasi iradəsini təmsil edən ciddi siyasətçi bu cür ucuz oyunlara əlbəttə ki, reaksiya verməməlidir və verməyəcəkdir. Çünki ilk növbədə ABŞ-la Azərbaycanın strateji əməkdaşlıq kimi səciyyələndirilə biləcək münasibəti var. Beyənlxalq münasibətlər sistemində yaxın tərəfdaş ölkələr kimi daim fikir mübadilələri aparılır. Yaxın Şərqdə, Cənubi Şərqi Asiyada baş verən bir sıra proseslərdə birgə fəaliyyət göstərirlər. Ən nəhayəti isə Azərbaycan Qərbin, o cümlədən, ABŞ-ın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətoi tərəfdaşdır. Həmin ölkənin rəsmiləri də, o cümlədən, Con Kerri də yaxşı bilir ki, Azərbaycanda söz və mətbuat azadlığı və insan hüquqları ilə bağlı Avropanın bəzi ölkələrindən fərqli olaraq, heç bir problem yoxdur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB