Vaqif Abışov: “Düşünürəm ki, bütün bunlar keçici haldır” AÇIQLAMA

Vaqif Abışov: “Düşünürəm ki, bütün bunlar keçici haldır” AÇIQLAMA

"Müxalifətin mitinqlər, küçə yürüşləri keçirməsi, müxtəlif səpkili bəyanatlar səsləndirməsi tək qrant almağa deyil, müxtəlif aspektlərə hesablanıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.

BAXCP rəsmisinin sözlərinə görə, heç şübəhsiz ki, müxalifət həmişə keçirdiyi mitinqlərin əvəzində xarici təşkilatlardan qrantlar alır: "Digər tərəfdən onların gündəmdə qalması məsələsi var. Üçüncüsü isə onlar çalışırlar ki, Azərbaycanda ictimai vəziyyətə müəyyən qədər dolaşılıqlıq, çaşqınlıq yaratsınlar. Sonuncu ən vacibi və hətta deyərdim zərərlisi bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını nüfuzdan salmaq məqsədi güdülür. Əgər onlara qrantlar ayrılırsa təbii ki, müxalifət bu oyunları boykot etməyə çağırış edəcək. Amma düşünürəm ki, bütün bunlar keçici bir haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə