Elşən Musayev: “Bu söhbətlər şəxsi ədavətdən qaynaqlanır” AÇIQLAMA
"Qubad İbadoğlu hazırda Müsavat Partiyasının göz dağıdır. Eyni zamanda Arif Hacılı və onun tərəfdaşlarının qarşısında ən böyük əngəllərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Müsavat MNTK-nın sədri Sevinc Hüseynovanın Qubad İbadoğlunun həbs olunmaması ilə bağlı iddiasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Sevinc Hüseynova təşkilat rəhbərliyinin xoşuna gəlmək üçün belə bir iddianı ortaya atıb: "Həm də barıtı bir az çox elədiyinin fərqinə varmadan. Məsələ burasındadır ki, Müsavatın sıralarında olarkən ətrafındakı adamlar, partiyadaşları onun haqqında belə şeylər danışmırdılar. Əksinə İbadoğlunu intellektual, fərqli düşünən, ziyalı biri kimi təqdim edirdilər. İndi nə baş verdi? Çərxi-fələkmi döndü, yoxsa birdən birə Qubad bəy bunlara cin-şeytan kimimi göründü? Məncə bütün bu söhbətlər şəxsi ədavətdən qaynaqlanan təzahüratlardır. Bu insanlar gerçəkdən dostluq, çörək, abır anlayışlarının ləğvinə fitva veriblər. Həm də lap çoxdan. Nəticə isə ortadadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB