Bakı Şəhər İcra Hakimiyyətində veteranlarla görüş keçirilib YENİLƏNİB
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasında icra başçısı Hacıbala Abutalıbovun "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" münasibətilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, Bakı meri veteranları icra hakimiyyətinin foyesində qarşılayıb, onlarla səmimi söhbət edib və gül dəstəsi təqdim edib.
Daha sonra görüş çay süfrəsi arxasında davam etdirilib. İlk olaraq çıxış edən Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev görüşün təşkilinə görə icra başçısına dərin minnətdarlığını bildirib. Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib. Qeyd edilib ki, təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının artmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib.
Dövlətimizin başçısının veteranlara göstərdiyi diqqətdən bəhs edən məruzəçi bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu kateqoriyadan olan şəxslərə verilən müavinətlərin artırılması və avtomaşınla təmin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyev Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü günündə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri ilə maraqlanıb. D.Rzayev bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müharibə veteranlarının salamlayaraq, onlara can sağlığı arzulayıb: "Arzum budur ki, belə bir görüşü tez bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevi rəhbərliyi ilə Azərbaycanın dilbər guşələrindən olan Qarabağda keçirək. Əminəm ki, bu görüşləri nəinki Qarabağda, eləcə də Azərbaycanın əbədi torpağı olan İrəvan xanlığında, Zəngəzurda keçirəcəyik. Dövlət başçısı müşavirədə xüsusi olaraq vurğuladı və dedi ki, "biz azərbaycanlılar, gənc nəsil həmişə yada sadmalıyıq ki, "Ermənistan torpağı" adlanan torpaq Azərnbaycanın əzəli torpağıdır. Biz həmin əzəli torpaqda Azərbaycanımızı bərpa edəcəyik. Buna əmin ola bilərsiniz".
H.Abutalıbov vurğulayıb ki, keçmiş Sovet ordusunda döyüşən azərbaycanlıların böyük qəhrəmanlıqları bizim gənclərimizə örnək olacaq: "Azərbaycanda hər kəs - kiçikdən-böyüyə yadda saxlamalıdır ki, Dağlıq Qarabağ, Zəngəzur, İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Biz tez-gec Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik və buna hər zaman hazır olmalıyıq. Ulu Öndər Heydər Əliyev dağılmış, parçalanmış ölkədən müstəqil Azərbaycan dövlətini yaratdı. O, ölkəmizin qurucusu olaraq Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Ümummilli Liderin ikinci ən böyük uğuru özünə layiq, Azərbaycan xalqını həyatından da çox sevən İlham Əliyev kimi böyük banisini hazırlaması oldu. Əgər Ulu Öndər Azərbaycan dövlətinin qurucusudursa, İlham Əliyev inkişaf etmiş dövlətimizin qurucusudur. Əminəm ki, cənab Prezidentimizin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız erməni qəsbkarlarında azad olunacaq və Azərbaycan bayrağı Dağlıq Qarabağın, Azərbaycanın dilbər guşəsi olan Şuşada dalğalanacaq".
Bakı meri əminlik bildirib ki, müharibə veteranlarının etdiyiniz bu şücaətləri əldə rəhbər tutaraq bütün gənclərə, yaşı nəsillərə, körpələrə, məktəblilərə danışacağıq və həmişə də yadda saxlayacağıq: "Bu günə kimi öz canlarını qurban verən, Böyük Vətən Müharibəsində həlak olan insanların və dünyasını dəyişən veteranların əziz xatirələrini heç bir zaman yaddan çıxarmamalıyıq. Biz onların ruhları qarşısında baş əyməliyik. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə BŞİH-də Böyük Vətən Müharibəsi veteranları ilə görüşün təşkili ilə əlaqədar Tədbirlər Planında xüsusi maddə var. Həmin maddəyə uyğun sizlərlə bu görüş keçirildi. Əminəm ki, biz bu görüşdə indiyə kimi bilmədiyimiz fikirləri eşidəcəyik. Həmçinin sizin həyatınızda baş verən hadisələri daha yaxından öyrənəcəyik. Sizə təqdim olunacaq hədiyyələr də həyatınızda baş vermiş o ağır günlərin ən kiçik bir hissəsi olacaq. Amma buna baxmayaraq, sizə əmin edirik ki, bu zəhmətləriniz bizim yadımızdan çıxmayacaq. Eləcə də sizlərin verdiyi töhfələr bizim gənclərə veriləcək töhfələr olacaq. Təbii ki, onlar da erməni faşistlərinin törətdikləri bu əzab və əziyyətləri yaddan çıxarmayacaqlar. Ona görə də elə bu üç ayda ermənilərin qarşısında dayanan güclü ordumuz onlara layiqli cavab verərək 50-yə yaxın erməni faşistini məhv etdi. Məzh bunun nəticəsidir ki, üç ayda 300 min cavan erməni ailəsi Ermənistandan köçdü. Deməli hər ay işğalçı ölkədən 100 min ailə xaricə üz tutur. Biz onlara deyirik ki, itilin və rədd olun Azərbaycan torpaqlarıdır. Əgər getməsəniz sizlərin hər birini ölmüş o erməni leşinin əvəzinə qoyacayıq. Bu gün Azərbaycanın güclü ordusu var. Bizim ədalətli, Azərbaycan xalqını sevən, xalqımızın xoşbəxtliyi üçün öz həyatını həsr edən, iradəli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevimiz var. Sizlərin hər birinizin qarşısında baş əyərək deyirəm ki, çox sağ olun ki, varsınız".
İcra başçısı çıxışının sonunda diqqətə çatdırıb ki, əgər bu gün siz veteranların döyüşü, qəhrəmanlığı olmasa idi, biz azad, müstəqil Azərbaycanda yaşaya bilməzdik.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin II Dünya müharibəsi iştirakçıları üçün hazırladığı tarixi film nümayiş olunub. Bundan sonra Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Böyük Vətən Müharibəsi iştirakçılarına göstərdiyi diqqətə görə Bakı merinə medal təqdim edib.
Veteranlar isə onlara göstərdiyi qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, icra başçısı Hacıbala Abutalıbova dərin minnətdarlıq ifadə edib, ölkəmizin müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulayıblar.
Görüşün sonunda veteranlara televizorlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB