Prezident dərmanların bahalığından danışdı

Prezident dərmanların bahalığından danışdı

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılığını ifadə edib. SİA-nın xəbərinə görə, ölkə başçısı bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident bu sahədə vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə