Səfirin ölümü ilə bağlı başsağlığı kitabı açılıb

Səfirin ölümü ilə bağlı başsağlığı kitabı açılıb

Latviyanın Azərbaycandakı səfirliyində səfir Hardjis Baumanisin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılıb. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, başsağlığı kitabına ürək sözlərinin yazılması və başsağlığı qəbulunun bu gün saat 18.00-dək və sabah saat 10.00-dan 13.00-dək aparılması nəzərdə tutulur.

Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların təmsilçilərinə dərin ehtiramını bildirib.

Qeyd edək ki, səfir H.Baumanis aprelin 6-da axşam saatlarında Bakıda dünyasını dəyişib. 1967-ci ildə anadan olan H. Baumanis Azərbaycandan əvvəl Litvada səfir, Sankt-Peterburqda isə baş konsul işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə