Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanının Yəməndə böyük məğlubiyyətə uğrayacağını iddia edib. SİA-nın məlumatına görə, Suriya rejiminə aid olan Əl-Əhbəriyyə televiziyasına müsahibə verən Nəsrullah, Səudiyyə Ərəbistanının Yəməndəki Husilərə qarşı apardığı əməliyyata öz münasibətini bildirib.
Onun sözlərinə görə Səudiyyə Ərəbistanının Yəməndəki məğlubiyyəti çox acınacaqlı olacaq və bu məğlubiyyət kraliyyət ailəsi daxilindəki çatışmalarla özünü biruzə verəcək.
Səudiyyə Ərəbistanının bir vaxtlar sahib olduğu Yəməni yenidən ələ keçirmək istədiyini bildirən Həsən Nəsrullah İranın Yəməndə hakimiyyəti ələ keçirməsi ilə bağlı deyilənləri isə yalan adlandırıb. Onun sözlərinə görə əslində Yəmənə edilən hücum birbaşa ABŞ tərəfindən idarə olunur: "Səudiyyə Ərəbistanı, Suriya, İraq və Livanda qarşıdurmaların davam etməsi üçün pul ödəyir. Bu işi qanuni göstərmək üçün isə mətbuatı daim əlində saxlayır. Ancaq Yəmənin daxilindəki qüvvələr Səudiyyə Ərəbistanının hədəfini orada gerçəkləşdirə bilməz. Husilərin Səudiyyə Ərəbistanı ilə dialoqa getməsi isə boyun əymək və təslim olmaq deməkdir".
Həsən Nəsrullah həmçinin Hizbullahın Suriyada döyüşə qatılması ilə bağlı danışaraq qeyd edib ki, Hizbullah müharibəyə tamamilə öz iradəsi ilə qoşulub və məsuliyyəti də özü daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB