Yəmən hadisələrinə İrandan MÜNASİBƏT

Yəmən hadisələrinə İrandan MÜNASİBƏT

"Biz hər zaman söyləmişik ki, həm Yəmən hadisələrindən sonra, həm də hazırda, ölkələrin siyasi partiyaları arasında olan münaqişələri ölkənin daxilində həll olunması daha düzgündür". Bunu SİA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin söyləyib: "Xaricdən olan hərbi müdaxilələr problemlərin həlli üçün düzgün variant sayılmır. Yəmənin daxilində müxtəlif partiyalar arasında münaqişələr mövcuddur. Ancaq buna görə xarici dövlətlərin hərbi müdaxiləsi yanlışdır. Həmçinin BMT-nin rəsmi açıqlamasında deyildi ki, Yəmənə olan hərbi müdaxilə nəticəsində sadəcə 70-dən çox uşaq öldürülüb. İran İslam Respublikası Yəmənə olan hərbi müdaxilənin dərhal dayandırılmasını tələb edir və İranın Xarici İşlər Nazirinin müavini də bu yaxınlarda Ərəb ölkələrinə səfər edəcək. Həmçinin bu məsələni müzakirəyə çıxaracaq. Onu da deyim ki, İran İslam Respublikasının prezidenti də Avropa ölkələrinin rəhbərləri ilə telefon bağlantıları yaradıb, sözügedən məsələni müzakirəyə çıxarıb. İran İslam Respublikası həm də BMT-də bu mövzunu gündəmə gətirir, ciddi fəaliyyət göstərir. Bizim arzumuz bundan ibarətdir ki, Yəmən hadisələri tezliklə həll olunsun və dinc insanların qətlinə son qoyulsun".

Bütün xəbərlər Facebook səhifəmizdə