Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində 2015-ci il mart ayının 31-də azərbaycanlıların soyqırımının 97-ci ildönümü ilə bağlı tədbir keçirilib. FHN-dan SİA-ya verilən məlumata görə, tədbir ulu öndər Heydər Əliyevin azərbaycanlıların soyqırımı barədə etdiyi çıxışın videoyazısının nümayişi ilə başlayıb. Daha sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin rəis müavini polkovnik-leytenant Elnur Qasımov bildirib ki, 31 mart soyqırımı XX əsrin ən böyük faciələrindən və erməni vəhşiliyinin ən bariz nümunələrindən biridir. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Mərkəzin rəis müavini Tale Şamçıyev soyqırımı ilə bağlı tarixi faktlardan danışıb. O, vurğulayıb ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımın, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub.
Tədbir 31 mart azərbaycanlıların soyqırımı barədə sənədli filmin nümayişi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB