Milli Şuranın 15 martda keçirdiyi mitinq radikal müxalifət düşərgəsinin hələ də xəstə təxəyyüldən ayrıla bilməməsini sübut etməklə yanaşı, bir sıra mühüm məsələlərə də aydınlıq gətirmiş oldu. Bəs bu xəstəlik özünü necə büruzə verir? Əvvəla, Milli Şuraçılar hələ də elə bilirlər ki, 15 mart mitinqində yüz min adam iştirak edib. İş ondadır ki, onlar bu iddia ilə bu günə qədər də çıxış edir, özlərinin mətbu orqanlarında cəmiyyətə yalnış informasiyalar verməklə bir növ xalqı ələ salırlar. "Eşşək düşdüyü palçığa ikinci dəfə düşmür" prinsipə ilə yanaşsaq, Milli Şuradakıların bu heyvan qədər də düşüncəli olmadıqları anlaşılır. Çünki iyirmi ildən artıq bir müddətdə eyni şüar, eyni sima və eyni liderlərlə günbəgün bataqlığa düşənlər, məğlub olanlar hələ də həmin şəxslərlə və həmin bataqlıqlarda "mitinq şosusu" göstərirlərsə, yuxarıda işlətdiyim ifadənin nə dərəcədə real olduğunu anlamış olarsınız.
İndi Azadlıq" qəzeti Milli Şuranın 5 aprel şousu haqqında böyük iddialara yer ayırır, yenə də yüz minlərlə insanın iştirak edəcəyindən danışırlar. Bu, artıq normal insanların iddiası deyil. Psixologiya elmində sübut olunmuş bir qanun var ki, "insan bir yalanı uzun müddət danışdıqca artıq özü də o yalana inanmağa başlayır". Radikal müxalifət o qədər populist və heç bir reallığa söykənməyən çıxışlar edərək insanları mitinqlərə dəvət ediblər ki, artıq özləri də bu yalana inanmağa başlayıblar. Necə deyərlər, Facebook Milli Şuranın ölçü meyarıdır. Mitinqdən əvvəl bir status qoyub yüzlərlə saxta profillər vasitəsilə "like"lar yığıb və həmin "like"ları "Məhsul"da axtaran Əli Kərimli, Cəmil Həsənli başa düşmür ki, insanlar onları ciddiyə almır.
"Azadlıq" qəzetində yazılır ki, guya iqtidaryönlü jurnalistlər də 15 mart mitinqinə ürəklərində "əhsən" deyirlər. "Əziz" cəbhəçilər, siz bu qədər sadəlövh oldunuzmu ki, dağın bir parçası olanları xırda təpəciklərə möhtac hesab edirsiniz? Necə deyərlər, gördüyümüzü də görürük, sizin maksimum 400-500 nəfərin iştirak etdiyi mitinqdə "on minlərlə insan iştirak etdi" deyəcək qədər abırsızlığınızın da şahidi oluruq. Əgər sizin mitinqdə həqiqətən də on minlərlə adam iştirak etsəydi, nəinki hansısa iqtidar jurnalistinin vicdanı onun qarşısında tab gətirməzdi, hətta heç kim bu on minlərin, yüz minlərin qarşısında dura bilməzdi. Necə olur ki, on minlərlə insan iştirak edir, amma ortada heç nə yoxdur? Bəlkə yad ölkənin vətəndaşlarını və ya xəstələri yığıb ora gətirirsiniz?
Başısovuqların "dialoq qısqanclığı"
Mən qəti şəkilkdə əminəm ki, Əli Kərimli bir masa ətrafında oturub normal insan kimi dialoq aparmaq qabiliyyətində deyil. Bu insan 25 il əvvəl daşıdığı vəzifənin qoxusunu belə unudub, azğınlaşıb. Onun üçün artıq mədəni, sivil dialoq anlayışı yoxdur. İqtidar-müxalifət dialoqunda iştirak edən partiyaları gücsüzlükdə ittiham edən milli şuraçıların gücü hardadır bəs? Əgər belə güclüsünüzsə, niyə beş nəfəri bir damın altına yığa bilmirsiniz? Belə güclüsünüzsə, niyə İsa Qəmbərlə Əli Kərimli illərdir ki, birləşə bilmirlər? Hərisinin də ardınca necə deyəlrər, tula partiyalar... Bəlkə deyəsiniz ki, bunu da iqtidar edir. Lap edibsə də, deməli, ikinizdən biriniz satqınsınız. O zaman gedin satqının kimliyini müəyyənləşdirin! Guya milli şuranın mitinqlə bağlı xəbərini 130 min nəfər oxuyub. "Hörmətli" cəbhəçilər, bu gün hansısa xəbərin oxunma sayını artırmaq beləmi çətindir? Redkatorun əlindədir hər şey. İşə gələndə paltosunu asılqandan götürüb vicdanını onun yerinə asan müdirinizin əlindədir hər şey. Gəlin, müstəqil bir saytda sizin o xəbəri yerləşdirək, altından da bir prono xəbər qoyaq. Porno xəbərləri oxumaq insanlara daha çox xeyir verir, nəinki sizin iylənmiş yazılarınızı. Lap dəqiq desək, prono videolarda cəsəd zorlanır, sizin xəbərlərdə mənəviyyat!
"Azadlıq"ın sualına cavab
Bu qəzetdə yazılır ki, "bəs iqtidar və onun tərəfdaflarının mitinqi hardadır?". İndi mən bu sualı verənlərə sual edirəm: iqtidar və onun tərəfdarlarının mitinq keçirmək nəyinə lazımdır?"iqtidar mitinq keçirsə, bir qəzetinin əməkdaşları sayı sizin milli şuranın mitinqində iştirak edənlərinin sayından çox olacaq. O qədər düşüksünüz ki, iqtidara mitinq keçirmək təklif edirsiniz. İqtidar sizin əleyhinizəmi mitinq keçirsin? Bəlkə dünyada belə bir nümunə göstərəsiniz. 5 aprel mitinqində iştirak etməyi insanlara "mənəvi borc"kimi sırıyanlar öncə öz mənəviyyatlarından korrektə işləri aparsınlar. Bu heç də pis olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB