"Yəməndə son dövrlərdə baş verən hadisələr "Ərəb baharı" prosseslərindən sonra alovlanmağa başlayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, xarici ölkələrin Yaxın Şərqə müdaxiləsi, ayrı-ayrı dövlətlərin idarəetmə sistemində zorakı yollara əl atması son nəticədə ortaya bu cür mənzərə çıxardı: "Yəməndə baş verən son hadisələr qərb ölkələrinin planlarının tərkib hissəsidir. Məzhəb ayrıseçkiliyi salaraq, millətləri bir-birinə qarşı qoyaraq regionda söz sahibi olmaq Vaşinqtonun siyasətinin mahiyyətini özündə əks etdirir. Düşünürəm ki, əgər Ərəb ölkələri öz aralarında müəyyən razılığa gələrək vassalı olduqları ölkələrin buyruqlarına əməl etməsələr bu prosseslərin qarşısını almaq olar. Əks halda barıt çəlləyi partlamaqda davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB